Transcript for:
Experiment on Solubility of Gases in Water

Gəlin bir təcrübə aparaq. Fərz edək ki, məndə oksigen var və biz bilirik ki, oksigen təxminən atmosferin 21%-dir. Və mən bur fincan götürürəm belə--sadə bir fincan su. Və mən bunu sayğaca qoyuram. Və bu təxminən otaq temperaturundadır, təxminən 25 dərəcə selsi. Və mən istəyirəmki bilim, nə qədər oksigen fincanın üst qatından daxil olacaq? Deyək ki, mən istəyirəm oksigenin qatılığını ölçüm suyun üst qatında. Biz bayaq dedik ki, 21% və əlbəttə burada oksigen molekulları olacaq. Və bu ancaq 21%-dir, yəni böyük bir hissə deyil. Deməli, burada digər molekulları çəkməliyəm. Bu, məsələn, azot molekulu yaxud digər molekul ola bilər. Amma mən göy nöqtələrə fikir verirəm, çünki göy nöqtələr oksigenin nöqtələridir. Vaxt keçdikcə bu belə qalacaq. Və ola bilsin mən yoxlayanda bir az oksigen suyun üst qatına daxil olmuşdur. Əslində, biz ölçsək, mən deyə bilərəm qatılığı C, bu səviyyədə 0.27 millimol hər litrə. Və bu, mən ölçməli olduğum ədəddir, düzdür? Mən qatılığı ölçərdim və bu oksigenin qatılığına uyğun olardı. Mən Henri qanununu öyrənmişəm və deyə bilərəm ki, parsial təzyiqi bilirəm. Və mən formulanı yenidən yaza bilərəm ki, buna oxşasın. Sadə dilnən desək, deyə bilərik ki, bu Henri qanunudur. Deməli, əgər mən təzyiqi və qatılığı bilirəmsə, mən buradan bir sabit tapa bilərəm. Mən onu tapıb və vahidləri verə bilərəm. Deməli, mən buarada KH vahidlərini yazacam. Mən deyə bilərəmki, 769 litr atmosfer 1 mola. Bunu mən indicə hesabladım. Mən sadəcə 2 ədəd götürdüm və böldüm onları bir-birinə. Bu mənim hesablamamdım oksigen üçün. Və hələki yaxşıdır, düzdür? Lakin indi istəyirəm bir az çətinləşdirim məsələni, gəlin bunu bir də edək. Amma bu dəfə oksigenin yerinə, mən elə ətraf yaradacam ki, 21% karbon dioksid olsun, əslində isə bu olduğundan çoxdur. Lakin təsəvvür edək ki, mən bunu edə bilərəm. Əslində mən karbon dioksidi miqdarını artırmaq üçün bir yol tapdım və eyni şeyi təkrar edirəm. Mən bir fincan su götürürəm və onu otaq temperaturunda saxlayıram, 25 dərəcə selsidə. Və görək nə qədər karbon dioksid fincandan keçəcək. Burada karbon dioksid var. Və vaxt keçdikcə daha çox molekul burada qalacaq. Və əlbəttə ki, atmosferdə buna görə karbon dioksid azalmayacaq. Onlar sadəcə əvəz olunacaqlar. Lakin onlarda suyun üst qatında qalmağa davam edirlər. Bu artıq digər tərəfdə baş verənlərdən fərqli görünür. Bizdə bir az oksigen var idi, indi isə böyük miqdarda karbon dioksid var. Və bunu qeyri-bərabər etmək istəmirəm. Bayaq qeyd etmişdim ki, bizdə azot var -- gəlin burda da azot çəkəl -- və bu karbon dioksidi say üstəliyəcək. Çünki burada təxminən 79% azot var və ancaq 21% karbon dioksid. Belə bir şey olacaq. Lakin burada çoxlu karbon dioksid var. Əslində mən bu tərəfdə qatılığı hesablamalı olsaydım, qatılıq çox yüksək olardı. 7.24 millimol hər litrə. Və yenədə, bu ədədlər, mən fərz edirəmki, təcrübə aparıram. Bu ədədir hansını mən tapmalıydım, əgər təcrübə aparsaydım. Bu mən aldığım əvvəlki ədəddən daha böyükdür. Oksigen tərəfdə, ədəd olduqca kiçikdir, çox da təsiredici deyil. Və karbon oksid tərəfdə isə ədəd qat-qat böyükdür. Bu bir az gülməlidir. Bir növ gülməli bir şey kimi təsir edə bilər. Çünki, buradakı parsial təzyiqlərə baxın, onlar təxminən eynidirlər. Əslində təxminən yox, elə eynidirlər. Deməli parsial təzyiqdə, heç bir fərq yoxdur. Amma qatılıqlar fərqlidir. Deməli, əgər P sabit saxlasaq, qatılığı dəyişmək üçün yeganə yol fərqli sabitlərdir. Gəlin indi qabağa gedək və araşdıraq sabit nədir. Sizcə bu tərəf üçün necə sabit ola bilər, kiçik yoxsa böyük? Görək biz bunu tapa bilərik yoxsa yox K indeksdə H, bu hissədə daha kiçik olacaq. Daha kiçik olacaq. Bu 29 litr atmosfer bölünsün moldur. Bu çox kiçik ədəddir. Və mən istımirəm ki, siz buna görə çaşasız Bu, danışdığımız üçün bir növ əhəmiyyətsizdir. Bu sadəcə vahidlərdir və onları istədiyimiz vahidlərə dəyişə bilərik. Lakin bi hissə --sübut edirki, karbon dioksid tərəfdə ədəd çox kiçikdir. Gəlin indi Henri qanununa qayıdaq. Henri qanuna görə, parsial təzyiq, bu ədəd, suyun altında nə baş verəciyini göstərir və Kh isə suyun xaricində nə baş verdiyini göstərir. Və əgər bunlar hər iki tərəfdə bərabaər olsalar, fərq ancaq tərk eləyəndə olacaq. Və bu hissədə, təcrübənin ilk hissəsində, suyu tərk eləyən çoxlu oksigen var. Onlar suda olmağı sevmirlər. Onlar tez çıxırlar. Siz bunu görməsəz də, onlar əslində sabit olaraq tərk edirlər. Və karbon dioksid tərəfdə, az hissəsi ola bilsin tərk eləsin, amma çox. Karbon dioksidə suda çox rahatdır. Əslində, kimyəvi formulanı bilsək, bunu deyə bilərik. Yadınızdadır, formula CO2 su ilə birləşir və H2CO3 əmələ gətirirlər. Bunun haqqında düşünün. Əgər bu su ilə birləşirsə, deməli bu suyu tərk etmir. Suda olduqca rahatdır. Və karbon dioksid suya daxil olan an belə bir şey baş verir. O su ilə birləşir. O, bikarbonat və protona çevrilir. Və suda çox rahatdır və buna görə suyu tərk etmir. Əslində, mən bunları götürüb müqayisə edə bilərəm, ikisini. Deyə bilərəm ki,729 bölünsün 29 bərabərdir 26. Bu karbon dioksidin suda oksigendən 26 dəfə daha çox həll olmasının göstərməyinin digər yoludur. Mən bunu mötərizəyə salacam -- oksigendən. Və mən əmin olmalıyam ki, hər şey aydındır. Bu 25 dərəcə selsidir və sudadır. Və siz deyə bilərsiz ki, 25 dərəcə selsi yaxşıdır. Bəs bizim bədən temperaturumuz? Bizim bədənimzdə nə baş verir, Bizim ağciyərlərimizdə nə baş verir, Bizim ağciyərlətimizdə 37 dərəcə selsidir. Və suyun yerinə -- əslində, mən su yazmamalıydım -- suyun yerinə qandır və o sudan bir az fərqlənir. Tutarlığı fərqlidir. Və K və H qiymətləri əslində temperaturdan asılıdırlar. Və onlar temperatur artdıqca dəyişəcəklər Deməli, bu temperaturda karbon dioksid oksigendən 22 dəfə yaxşı suda həll olur. Bu hələdə çox təsiredicidir. Siz hətta 24 dəfə görə bilərsiz, rəqəmlərdən asılı olaraq. Bu təsiredici fərqdir. Və əslində mən göstərmək istəyirdim ki, hər şey daxil olan və tərk eləyən fikirnə qayıdır. Və bu əsas fərqdir ki, niyə sonda karbon və oksigenin qatılıqların arasında böyük fərq var.