Birinci növ əzələ lifləri ilə
ikinci növ əzələ liflərinin arasındakı fərq nədir? Onların birinci və ikinci
növ kimi adlandırılması, məncə,
kifayət qədər düzgün
təsvir deyil. Əzələ liflərinin növləri haqqında lazımi qədər məlumat vermir. Belə hallarda mən bunu
təsdiq etmirəm. Burada bir qızıl qayda haqqında
düşünə bilərik. Bu qızıl qayda sizə cədvəli başa düşmək
üçün kömək edəcək, burada edəcəyimiz kimi birinci və ikinci
növ əzələ liflərini fərqləndirə biləcəyik. Bu lövhə üçün yazdığım qızıl
qaydaya görə, mitoxondri, onu burada yazıram. Birinci növ əzələ lifləri daha böyük miqdarda mitoxondriyə malik olacaq. Deməli, mitoxondri birinci növ əzələlərdə
ikinciyə nisbətən daha çox rast gəlinir. Əslində, bu məlumata əsaslanaraq, biz bütün bu cədvəli doldura bilərik. Gəlin ən başdan başlayaq. Bu sualın cavabını
bunları yazaraq vurğulayıram. Sizcə birinci növ əzələ lifləri ən çox
hansı rənglə təsvir olunur? Qırmızı. Bəs sizcə bu niyə belədir? Mitoxondri nə üçün istifadə olunur? Mitoxondri enerji əldə etməyimiz üçün
biokimyəvi proseslərdə istifadə olunur. İştirak etdikləri əsas proses birazdan adını çəkəcəyim oksidləşdirici forforlaşma prosesidir. Bu termin sizcə nə mənaya
gəlir? Ağlınıza nə gətirir? Oksidləşdirici fosforlaşma prosesində hansı iki maddənin iştirak etmə
ehtimalı yüksəkdir? Belə ki, adından da göründüyü kimi
oksidləşdirici o deməkdir ki, burada oksigen iştirak edir. Forsforlaşma isə o deməkdir ki, burada nə isə fosfat qrupu qəbul
edəcək. Fosforlaşma, fosfat qrupu ilə
birləşmə deməkdir. Deməli, oksidləşdirici hissə arteriyalarda axan qana uyğun olaraq
qırmızı rəngdə olacaq. Bu haqda fikirləşin. Niyə arteriyalar qırmızı, venalar isə
göy rənglidir? Belə ki, arteriyalar venalardan daha çox
oksigenə malikdir. Elə buna görə də bizim birinci
növ əzələ liflərimiz qırmızı olacaq, çünki onlar ikinci növ əzələ liflərinə
nisbətən oksigendən daha çox enerji istehsal edirlər. Birinci növdə daha çox oksigen var, buna
görə də qırmızıdır. Beləliklə, deyə bilərik ki, ikinci
növ əzələ lifləri ağ olacaq. Yaxşı, bəs burada gördüyümüz yığılma sürəti nədir? Birinci növ əzələ lifləri hansı sürətlə
yığılır? Gəlin, mitoxondri vasitəsilə enerjinin
hasil olunma prosesi haqqında fikirləşək. Əgər birinci növ əzələ lifləri enerji üçün
mitoxondridən asılıdırsa, oksidləşdirici fosforlaşma vasitəsilə enerji əldə olunması zamanı
baş verən bütün proseslər haqqında düşünək. Bunu bir başa edə bilməzsiniz. Bunun üçün qlikolizə ehtiyac var və Krebs tsikli baş
verməlidir. NADH, FADH2 və bütün bu kofaktorlar elektron nəqliyyat zəncirindən
keçməlidir. Baş verməli olan bir çox proses var. Deməli, mitoxondrinin enerji əldə
etməsi vaxt alır. Bu o deməkdir ki, bu liflərdə yığılma
sürəti də aşağı olacaq, çünki həmin enerjinin yaranması vaxt aparır. Deməli, digər tərəfdən isə ikinci növ əzələ liflərinin, yəni ağ
liflərin yığılma sürəti böyük olacaq. Bəs ötürülmə sürəti necə? Birinci növ əzələ liflərinin yığılması
üçün sinir impulsu və ya sinir siqnalını hansı sürətlə əldə edəcəyik? Bu da yavaş olacaq. Bu "gec oyanan" adlanacaq. Bunu da birinci növ əzələ
liflərində yığılma sürətinin aşağı olduğunu düşünərək
yadda saxlaya bilərsiniz. Əks tərəfdə isə biz ikinci növ əzələ liflərini sürətli oyanan liflər
adlandırırıq. Yaxşı, sizin fikrinizcə, birinci növ
əzələ lifləri hansı növ fəaliyyətlərdə iştirak edəcək? Belə ki, oksidləşdirici fosforlaşmanın
başqa bir adı da var. Mitoxondri xüsusi tənəffüs yolu
üçün istifadə olunur. Əsas termin elə buradadır. Bu ağlınıza başqa sözü gətirməlidir. Əgər mitoxondri hər hansı bir növ
hüceyrə tənəffüsündə iştirak edirsə, bu [ANLAŞILMAZ] -- aerobdur. Aerob tənəffüs mitoxondrinin iştirakını
tələb edir. Deməli, birinci növ əzələ liflərində daha
çox mitoxondri olduğuna görə birinci növ
əzələ liflərində aerob tənəffüs baş verəcək. Bəs ikinci növdə necə? Belə ki, onlarda mitoxondri miqdarı daha
az olduğuna görə anaerob tənəffüsə və ya oksigensiz tənəffüsə rast gəlinir. Aerob "oksigendən istifadə
edən" deməkdir. Anaerob isə "oksigensiz" deməkdir. Yaxşı, bəs bu əzələ lifləri nə qədər
müddət yığılacaqlar? Gəlin, mitoxondrinin iştirakı
ilə və iştirakı olmadan əldə etdiyimiz enerji haqqında müqayisəli düşünək. Əgər mitoxondrimiz varsa, biz
daha çox enerji əldə edirik. Beləcə, yığılmanın davametmə müddəti
uzun olur. Daha çox enerji və ya ATF istehsal edilsə, yığılmalar da daha uzun müddətli
olacaq, çünki burada böyük miqdarda mitoxondriyə
mövcud olacaq. Əgər mitoxondri yoxdursa və
ya kifayət qədər oksidləşdirici fosforlaşma reaksiyası
baş vermirsə, çoxlu qısa-müddətli yığılmalar əldə
ediləcək. Bu ikisi arasındakı fərq nədir? Belə ki, əgər mənim əzələlərim
uzun müddətli yığılırsa, bu hal təxminən belimdə
dik durmaq üçün və ya müəyyən
sürətlə yerimək üçün istifadə etdiyim ayaq əzələlərimdə
baş verənə oxşardır. Qısa müddətli yığılan əzələ lifləri çox
sürətli yığılırlar və onlara misal olaraq əlimizi
silkələdikdə və ya nəyə isə barmağımızla
çırtma vurduqda istifadə olunan əzələləri
göstərmək olar. Əgər bunları uzun müddət etsək biz çox yorulacağıq. Deməli, bu əzələ lifləri bütün gün işləməməlidirlər. Əgər biz Disneylanddə növbə
gözləyiriksə belimizdəki, çanağımızdakı,
ayaqlarımızdakı uzun müddətli yığılan lifləri
istifadə etməliyik. Beləcə biz uzun müddət ərzində
ayaq üstə dayana bilərik. Biz əllərimiz və ya barmaqlarımız üzərində
dayanmaq istəmərik, çünki ikinci növ əzələ lifləri
ilə uzun müddət dayanmağı bacarmarıq. Yaxşı, bəs bu əzələ liflərindən hansının
yorulmaq ehtimalı daha çoxdur? Belə ki, birinci növ əzələ lifləri
uzun müddətli yığıla bilirlərsə, biz deyirik ki, onlar yorğunluğa qarşı dözümlüdürlər. Onlar gec yorulurlar,
çünki birinci növ əzələ lifləri uzun müddətli yığılmaq
üçün lazımi qədər enerjiyə malikdir. Amma ikinci növ əzələ liflərində
mitoxondri olmadığına görə onlar lazımi qədər enerjiyə malik
deyillər. Buna görə də onlar asanlıqla
yorulurlar. Deməli, bura tez yorulan yazacağam. Onlar dözümlü deyillər. Bəs birinci növ əzələ liflərinin yığılmasının gücü? Mən indicə bəzi çox ağır əzələlər:
belinizdəki, çanaqlarınızdakı əzələlər haqqında danışdım. Əgər biz uzun müddətli yığılmalardan
danışırıqsa, bunlar xeyli böyük, güclü əzələ qrupları olacaq. Deməli, bura qüvvətli yazacağam. Çünki, yenə mitoxondriyə nəzər
salaraq deyirik ki, əgər birinci növ əzələ liflərində daha çox
mitoxondri varsa, onlar daha çox enerjiyə malik
olacaqlar və beləcə daha çox sayda əzələ daha böyük qüvvə ilə
yığılacaq. Daha çox əzələ hüceyrəsi eyni anda yığılan zaman ümumilikdə daha
qüvvətli yığılma baş verir. Digər tərəfdən isə, ikinci növ
əzələ liflərində nə lazımi qədər mitoxondri,
nə enerji, nə də güc yoxdur, deməli bu yığılmalar
zəif olacaq. Bəs biz birinci və ikinci növ əzələ
liflərimizdə enerjini necə saxlayırıq? Bu biraz çətin gələ bilər, amma başa düşəcəksiniz. Mitoxondri vasitəsilə biz çoxlu enerji
əldə edirik. Əgər biz çoxlu enerji əldə ediriksə, onu elə ATF formasında
saxlayacağıq? Xeyr, çünki ATF çox davamsız və reaktiv
molekuldur. Əgər əlimizdə ATF varsa onun tez
bir zamanda istifadə olunmasını
gözləyirik. Belə ki, birinci növ əzələ lifləri enerjini triqliseridlər formasında
piy cisimciklərində saxlayırlar. Buna görə də biz enerjini yağa
çeviririk. Beləliklə, onu sonra daha qüvvətli,
daha uzun müddətli yığılmalar üçün istifadə edə bilərik. Əzələnin birbaşa yığılmasını istəyiriksə,
bu zaman sadə ATF istifadə edəcəyik. Deməli, sərbəst şəkildə olan ATF ikinci
növ əzələ liflərində istifadə olunur. Həmçinin biz kreatin-fosfat adlı bir
maddədən də istifadə edəcəyik ki, o da ATF-ə oxşar
olaraq enerji əmələ gətirmək üçün fosfat qrupuna malikdir. Bu fosfat qrupu çox reaktivdir,
davamsızdır. O, tez bir zamanda sürətli, qısa müddətli yığılma üçün istifadə olunacaq. Deməli, mitoxondrinin birinci növ
əzələ liflərində daha çox rast gəlindiyi qızıl qaydasını yadda saxlayaraq bütün bu cədvəli başa
düşə bilərik. Xülasə, bu da birinci və ikinci növ əzələ lifləri arasında olan fərqlər idi.