Heç fərqinə varmısınızmı ən dərində, daxildəki nüvədə siz həqiqətən siz deyilsiniz. Yaxşı, düşünün. Dəqiqədə bir şey yeyib udursunuz və mədə-bağırsaq traktınızdan keçir, bu xarici mühitdir. Qəbul etdiyiniz yemək xarici dünyanın bir parçası idi və izləyəcəyi həzm traktı ağızdan ifraza qədər əslində siz deyilsiniz. Bu xarici mühitdir. Necə də qəribədir. Bu videoda biz mədə-bağırsaq traktına ümumi nəzər salacağıq. Fərdi hissələrin hər biri, xüsusiyyətləri, ümumi funksiyaları haqqında danışacam və sonrakı videolarda hər bir hissədən keçərək onların nəyi necə etdikləri haqqında detallı izah verəcəm. Yaxşı, başlayaq, əlbəttə ki, yeməyimizin ilk gedəcəyi yer ağız və ya ağız boşluğumuzdur. Ağızda əsas funksiyalar arasında çeynəmə və qidanın hissələrə ayrılması var. Eyni zamanda hidroliz çox vacibdir. Biokimyadan xatırladığınız kimi, hidroliz fermentativ həzm və ya enzimatik parçalanmadır. Çeynəmə fiziki parçalanma olduğu halda, hidroliz qidanın ferment ilə parçalanmasıdır. Beləliklə, yeməyi parçalayarkən, burada məqsəd bolus adlanan şeyi, udulmuş və sonrakı quruluşa ötürülə bilən həzm olunmuş qida sahəsinə çevirməkdir. Yeməyi çeynədikdən sonra hara getdiyini düşünürsünüz? Bu təsvirdəki adamın qida borusudur. Məncə, MB traktının ən darıxdırıcı hissələrindən biridir, burada sadəcə bolus hərəkətə gətirilir. Sadəcə onu növbətiyə quruluşa ötürürük. Həqiqətən heç bir şey etmirik. Bir növ sıxıcı iş görür. Amma növbəti biraz daha həyəcanlıdır. İndi isə mədəyə çatırıq. Mədədə çox hərəkət olur, MB traktının ən sevdiyim hissələrindən biridir. Mədənin çox funksiyası var, qidanın həzminə güclü təsir göstərən yığılma və parçalamadan başqa burada qarışdırma da var, hansıki çeynəməyə çox oxşayır. Burada fermentlərin təsiri ilə qidanın parçalanmasını təmin edən hidroliz prosesi gedir. Əlavə olaraq, qida MB traktının növbəti komponentə ötürülənə qədər mədədə saxlanıla bilər. Əsas məsələ kimusu əmələ gətirməkdir. Bolusmuzu götürürük və onu bağırsaqlara ötürə biləcəyimiz maye növünə çevrilməsi üçün əridirik. Beləliklə, bağırsaqlara keçid edək. Təqribən bu nöqtədən onikibarmaq bağırsağımızı başlayır, bu cür ətrafda dolaşır və sonra bu nöqtəyə çatır. Aradakı hər şeyi bura çəkəcəm. Onların hamısını nazik bağırsaq olaraq qruplaşdırdım. Nazik bağırsaq. Bunun üç hissəsi var və bu haqda sonrakı videoda danışacayıq. Lakin onun əsas funksiyası hidroliz və qidanın sorulmasıdır. MB traktının bu hissəsində siz artıq parçalanmış qida məhsullarının bir miqdarını götürüb ondan orqanizmə lazım olan məhsulları sintez edirsiniz. Əla. Nazik bağırsaqlardan keçdik, sizcə bundan sonra nə gələcək? Nazik bağırsaq bitdikdən sonra buradakı xətti quruluşdan keçərək yoğun bağırsağa daxil olacağıq. Yoğun bağırsaq. Yoğun bağırsağın digər adı yadınızdadırmı? K ilə başlayır. Kolon desəniz, tamamilə doğru olar. Kolon da MB traktının darıxdırıcı hissələrindən biridir, çünki burada sadəcə sorulma həyata keçir. Lakin burada qida maddələri deyil, daha çox su, ion və ya K vitamini kimi şeylər sorulur. Yəni bu hissə qida maddəsi almaq üçün elə də, məhsuldar deyil. Sonra qidanı bu quruluşa ötürürük. Bu kor bağırsaq adlanır. Kor bağırsaq. Bu sankı MB traktının mədəsidir. Kor bağırsaqda həzm olunmuş qida saxlanılır. Həzm olunmuş qida kor bağırsaqda xaric olunması üçün uyğun vaxt gələnə qədər saxlanıla bilər. İfraz edilməli olduqda o, anus hissədən xaric olunacaq. Beləliklə bunlar mədə-bağırsaq traktımızın əsas komponentləridir. Həzmdə iştirak edən digər əlavə orqanlar da var. Onlar haqda növbəti videolarda danışacam. Bunlara qaraciyər, öd kisəsi, mədəaltı vəzi kimi şeylər daxildir. Onlara sonrakı videolarda baxa bilərsiniz.