Transcript for:
Mechanics of Breathing

Nəfəs vermək və almaq barədə danışdıq. Mən qeyd etdim ki, hər ikisi üçün əsas ilk addım həcmdəki dəyişiklikdir, həcmdəki artış və ya azalış. Amma bunun necə baş verdiyini tam olaraq danışmadım. Beləliklə indi buna keçməliyəm. Bunu izah etməklə başlayım ki, sinənin ortasında, aşağıya düşən nəhəng bir sümük var. Bunu qeyri-mütənasib çəkirəm, sadəcə harda olduğunu dəqiq göstərmək üçün. Buna fikir verməyin və bədəninizdə hiss etməyə çalışın. Bu, döş sümüyüdür, və ya daha texniki adı sternumdur. Bunu bura yazacağam. Sternum bu orta sümükdür, və hər iki tərəfdəki bütün qabırğalar bura bağlanır. Sizin cəmi 12 qabırğanız var və onlardan 7 cütü bura bağlanır. Əslində, 12 cüt qabırğa deməli idim. Sizin cəmi 12 ədəd olduğunu fikirləşməyinizi istəmirəm. Bizim əslində cəmi 24 ədəd və 7 cüt qabırğamız var. Yəni, 14 qabırğa əslində birbaşa sternuma bağlanır Ağ rəngdə olanlar qabırğalardır. Qabırğalar arasında, əzələniz var. Bu əzələlərin bəzisini qabırğalar arasına çəkirəm. Bu əzələlərin hamısının özünün sinirləri var. Bu, onların yığılmasına imkan verir. Yəni bu əzələlər sizin beyniniz tərəfindən kontrol edilir, və adları- kənara qeyd edim- "interkostal"-qabırğaarası əzələlərdir. "İnter" arası deməkdir, bu əzələnin adıdır. "Kostal" isə qabırğaya qarşılıq gəlir. Deməli, nə vaxt "kostal" sözünü görsəniz bilin ki, qabırğa barədə danışırıq. Qabırğalar arasında olan bu əzələlər qabırğaarası əzələlərdir. Beyniniz, dərin nəfəs almaq istəyirəm, deyəndə çölə doğru hərəkət etməyə başlayacaqlar. Yəni bu əzələlər yığılmağa başlıyacaq. Deməliyəm ki, qabırğalar da çölə doğru hərəkət etməyə başlayacaq. Yəni bunlar xaric olur. Həmçinin, burda başqa əzələniz üçün də yer edim. Burdan aşağıya düşür və başı aşağı U şəklindədir. Bunugünbəz kimi çəkirəm. Siz bunu günbəz kimi fikirləşə bilərsiz. Bbu günbəz döşəmə kimidir. Xatırlayırsınızsa, biz döş qəfəsinin döşəməsi barədə danışmışdıq. Bu təbii ki, bizim diafraqma əzələsidir. Beləliklə, diafraqma əzələsinə çatdıq. Bu daraldığında, xaricə çıxmaq yerinə, aşağı enəcək. Yəni bir az düzləşəcək. Mən bunu çəkə də bilərəm. Sadəcə 1 dəqiqə gözləyə bilsəz, günbəz kimi olan şəkli pozacağam. Yığılanda necə göründüyünü çəkəcəyəm. Yəni, əzələ yığıldıqda daha düz olacaq. Bu düz diafraqma, gördüyünüz kimi, indi əvvəlkindən daha aşağıdadı. Aşağıya gedən kimi, bu bölgədəki bütün quruluşlar da aşağıya-- 2 ağciyər də aşağıya gedir. Mən hələ ürəyi çəkməmişəm. Ürək bir növ bu ürək çuxurunda olardı. Əgər istəsəz, ürəyi də burada çəkə bilərəm. Hamısı fiziki olaraq aşağıya doğru hərəkət edəcəklər. Bu, ürək və ağciyərlərdi. Fiziki olaraq bir növ aşağıya və xaricə çəkiləcəklər. Qabırğaarası əzələlər çölə çıxdıqca onlar da hərəkət edəcəklər. Yəni bu ağciyərlərdə genişlənmə var. Təməldə bu fikir yatır. Bu genişlənmənin tam olaraq nəcə göründüyünü görmək üçün bir növ yaxınlaşdıra bilərik. Yəni ağciyərlərinizdə daha çox həcm var deyəndə, həqiqətən demək istədiyim şey, alveollardır. Buna alveol desək, deyək ki bu başqa bir budaqdır. Bu da başqa bir alveoldur. Bütün bu alveollar, əslində genişlənir. Təqribən, 500 milyon alveolunuz var. Sadəcə bu rəqəmin nə qədər böyük olduğunu anlaya bilsəniz. Bu, həqiqətən çoxdur. Əgər bunları çəkməyə çalışsam, sonusza qədər çəkməli olaram. Bu qədər fərqli alveolu çəkmək sonsuza qədər dəvam edər. Ancaq əsas odur ki, qabırğalar çölə və diafraqma aşağıya doğru hərəkət edərkən, bu alveollar həqiqətən kənara çıxarılır. Əslində çölə çıxarılır, dartılır, yəni ölçüləri böyüyür. Sözün həqiqi mənasında ölçüləri böyümüş kimi görünürlər, və bu necə göründükləridir. Əslində, daha yaxından baxsanız, görərsiniz ki, bu alveolların ətrafında bir çox zülal var. Hücrələrin ətrafında bir çox zülal var, və bu zülal elastin adlanır. Elastinin nə etdiyini təxmin edə bilərsiz. Elastik sözünə bənzər səslənir. Elastin əsasən bir rezin bant kimidir, yəni elastini rezin bir bant kimi fikirləşə bilərsiz. Əzələlər aşağı və çölə çəkiləndə, alveollar açılır-- yuxarı qalxım, çünki nəfəs alma fikrinə dönə bilərsiz-- onda nə baş verir? Deməli, bir neçə şey baş verir. Biri əzələ yığılmasıdır. Əzələ deyəndə bilirsiniz ki, diafraqmadakı qabırğaarası əzələlərdən danışıram Əzələ yığılmasının nəticəsi olaraq, alveollar gərilərək açılmış olurlar. Yəni bu rezin bantlar, bu elastin zülalları, sözün əsil mənasında gərilərək açılırlar. Bunu da yadda saxlayın ki, sonrakı olanlar əzələlər boşaldıqda baş verəcək. Bu, nəfəs verdikdə olur. Bəs sizcə indi elastinə nə olacaq? Deməli rezin bir bant kimidirsə, dediyim kimi, alveollar geri çəkiləcəklər. Əslində həcmin aşağı düşməsi üçün əsas hərəkətləndirici qüvvə budur. Yəni, uzatdığın bir çox rezin bant varsa,-- şəklini gətirim. Daha aydın görəcəksiniz. Fiziki olaraq əzələlərinizi bunu açıq tutmağa kömək etmək üçün istifadə edirsinizsə, açıq tutmağı dayandırdığınız anda, əzələlərin yığılmasını dayandırdığınız andakı böyük bir həcmə nə olacaq? Deməli, bütün elastin molekulları geri çəkiləcəklər. Bunu başqa bir rənglə edim. Bu rənglə edim. Bu şəkildə geri çəkiləcəklər. Bütün bu zülallar öz orijinal ölçülərinə geri qayıtmaq istəyəcəklər. Bunu edəndə, balacalaşacaqlar. Beləliklə, mənim alveolum öz ölçüsünə qayıdır, hansı ki bundan çox balacadır. Qoy bunu tez göstərim ki, baxmayaraq ki, yığılma onları açır, onları normal ölçüsünə gətirən şey geri çəkilmədir. Qoy bir növ daha təmiz rəsm çəkmək üçün bunu silim. İndi bunu görə bilirsiniz. Nəfəs almaq, əslində həcmi artırmağımız, havanı yığılma yoluyla çəkərək açmağımızdır. Bu, enerji tələb edir. Xatırlayın, əzələləri kimyəvi enerji xərcləmədən yığa bilməzsiniz. Yəni bunun üçün kimyəvi enerji lazımdır, və biz ümumiyyətlə, ATF molekulunu istifadə edəcəyimiz xüsusi bir enerji növü kimi düşünürük. Nəfəs vermək, həcmi azaltmaq, bu elastik geri qaytarma ilə idarə olunacaq. Yəni bu elastik potensial enerjinin bir növüdür. Nəfəs alma və vermə prosesi həqiqətən bir-birindən bir az fərqlidir. Bir tərəfdən ATF istifadə edirsiniz. Əslində bu molekulları daxildən parçalayırsınız. Sonra nəfəs aldığınız zaman, artıq kimyəvi enerjidən istifadə etmirsiniz. Yalnız o elastik potensial enerjidən istifadə edirsiniz, bu enerji bir rezin bandı sıxandan sonra ortaya enerji kimidir. Gəlin burda dayanaq və növbəti videoda davam edək.