Niyə mədəaltı vəzinin endokrin mədəaltı vəzi olaraq bilinən hissəsinə nəzər salmırıq? Bu mədəaltı vəzin ən məşhur hissəsidir. Bu barədə çox eşitmişik, çünki, onun diabetlə əlaqəsi var. Endokrin mədəaltı vəzi yuxarıda gördüyümüz duz və ya fermentlərin yerinə qan dövranına hormonlar ifraz edir. Bunlar bədənin başqa yerlərinə, qaraciyərə, bağırsağa, hətta əzələlərə gəlib hadisələrin baş verməsinə səbəb olur. Endokrin mədəaltı vəzi adacıq hüceyrələrindən təşkil olunub. Adacıq hüceyrələri adacıqlarda yerləşir. Burada əsas üç tip adacıq hüceyrələri haqqında danışacağıq və onların hər biri müəyyən dərəcədə hər adacıqda və ya mədəaltı vəzindəki hüceyrə qruplarında mövcuddur. İndi onlara bir-bir nəzər salaq. İlk növbədə alfa adacıq hüceyrələri vardır. Bu hüceyrələr qlükaqon adlanan hormon ifraz edirlər. Qlükaqonun əsas vəzifəsi bir-birinin üstünə yığılmış qlükoza molekullarından ibarət olan qlikogeni daha kiçik qlükoza monomerlərinə və ya molekullarına ayırmaqdır. Yəni, hər dəfə qlükaqon ifraz edildikdə qlikogendən qlükoza əmələ gəlir. Buraya "qlükaqon" yazacam. Bu yalnız karbohidrat deyil. Ancaq qlükaqon bir qrup makromolekulun parçalanmasına cavabdehdir. Ona görə buraya "qlükaqon parçalanmağa səbəb olur" yazacağam. Növbəti sahib olduğumuz adacıq hüceyrələri bəlkə də hamısından məşhur olan beta adacıq hüceyrələridir. Beta adacıq hüceyrələrində insulin olur və ifraz edilir. "İnsulin" eşitdikdə sizə tanış gəlməlidir, çünki, insulin bir çox funksiyaya sahibdir. Birincisi, buraya baxdıqda insulin bu reaksiyanın əksinə səbəb olur, yəni qlikogeni qlükozaya parçalamaq yerinə qlükozanın depolanmasına və ya qlikogenə çevrilməsinə səbəb olur. Yəni insulin qlükaqonun tam əksini edir. Yenidən bu bəndə gəlirəm. Bu sadəcə karbohidratların deyil, digər maddələrin mübadiləsində də iştirak edir. Buna görə "insulin makromolekulların əmələ gəlməsinə və depolanmasına cavabdehdir" yazacağam. Amma insulin haqda ən önəmli şey, onun diabet kimi bilinən xəstəliklə əlaqəli və bundan məsuliyyət daşıyan hormon olmasıdır. Diabetin nə olduğu və nəyə səbəb olduğu haqqda hər şeyi danışa bilərik. Amma hələlik, təməl olaraq bilin ki, diabet əmələ gəlir və bədənimizdə zədəyə səbəb olur, çünki bədənimizdə çoxlu qlükoza dolaşır. Bu insulin düzgün işləmədiyi üçün baş verir. Normal şəkildə qlükoza və qlikogen əmələ gətirib depolaya bilmirik. Bunun əvəzinə onlar bədənin hər yerində dolaşır. Buna görə, "göz, sinir və böyrək xəstəliyi" adlanan ifadə var ki, tibdə bu diabet xəstəliyini təsvir edərkən istifadə edilir. Bu göz, sinir və böyrək xəstəliyidir, çünki, zamanla həddən artıq qlükoza ilə görə bilmirik. Əsasən ayaqda olan sinirlər, burada baş verən sancı, iynələmə və ya zədələri hiss edə bilmir və nəticədə amputasiyaya səbəb olur. Böyrəklərimiz zamanla işini dayandırır, və bu dializə səbəb olub erkən ölümlə nəticələnir. Bu üçünə əlavə olaraq, qlükoza bütün bədənə yayılır və erkən ürək çatışmazlığı və digər tip fəsadlara səbəb olur. Diabet haqqında qeyd etməli olduğum digər məqam iki tip diabetin olmasıdır, "burada iki tip var". Burada birinci tip diabet və burada da ikinci tip. Birinci tip diabeti ikinci tipdən fərqləndirməyin yolu diabetin necə yaranmasına bağlıdır. Bütün bunlar insulinə işarə edir. Birinci tip diabetdə insulinimiz olmur. Deməli, birinci tip diabet olan insanda insulin sintezi olmur. Buna görə də, karbohidrat və qlikogen depolana və uzaqlaşdırıla bilmir. Beləliklə, hər yerə yayılırlar. Bu digər ağırlaşmalarla yanaşı göz, sinir və böyrək xəstəliyinə səbəb olur. İkinci tip diabetdə insulin reseptorlarında çatışmazlıq olur. Yəni, insulin sintez edilir, amma insulin reseptorları çatışmır, "insulin reseptorlarında çatışmazlıq var". Yəni insulin istehsal etsək və bu insulin nəzərdə tutulan yerə getsə də, bu reseptorlar cavab verməyəcək. Sanki bədənimizdə heç insulin yoxdur. Burada danışa biləcəyimiz çox şey var, amma hələlik diabet haqqında söhbətimizi dayandıracağıq və sonra yenidən nəzərdən keçirəcəyik. İndi, mədəaltı vəzinin üçüncü tip adacıq hüceyrələrinə keçək, bunlar delta adacıq hüceyrələridir, "delta adacıq hüceyrələri". Mədəaltı vəzinin bu hüceyrələrindən "somatostatin" adlanan hormon ifraz edilir, bu hormonun əsas işi digər aktiv olan hormonların işini dayandırmaqdır. Bu hormonlara burada danışdığımız qlükaqon, insulin kimi hormonlar daxil ola bilər. Həzm kanalında olan, daha öncə bəhs etdiyimiz xolesistokinin kimi digər hormonlar da daxildir. Somatostatin ifraz olunur və digər hormonların təsirinin dayanmasına səbəb olur, onun əsas rolu budur. Bu, endokrin mədəaltı vəzidir və daha öncə ekzokrin mədəaltı vəzi haqqda da danışmışdıq. Beləliklə, pankreas çox şeydən məsuldur. Cərrahların ""Bacardığın vaxt ye, bacardığın vaxt yat və mədəaltı vəzinə zərər vermə" ifadəsi təəccüblü deyil.