Transcript for:
Lecture on Air Pressure and Breathing Process

Əgər havadakı bütün molekulları gömək kimi sehirli bacarığınız olsaydı, belə birşey görə bilərdiniz. Görüntü nisbətən daha izdihamlı olardı, amma belə olduğunu təsəvvür edin. Deyək ki, siz daha maraqlı birşey etmək qərarına gələrək şüşə qab götürüb havadakı molekulların bir qismini ora həbs edirsiniz. Bu, mənim şüşə qabımdır. Bu şüşə qabda kiçik boşluq saxlayacam. Deyək ki, orda kiçik bir boşluq var. Mən bu boşluğu götürərək, təxminən uzadılmış boğaz forması verirəm. Deməli,bu, şüşə qabımın uzadılmış boğazıdır Bu da qabın girişidir. Başqa bir tərəfdən isə əslində etmək istədiyim şüşə qabımın içində və çölündə nə baş verdiyinin müqayisəsidir. Daha da doğru etmək üçün qırıq xətlərlə təxminən eyni həcmdə bənövşəyi qutu yaradıram. Bu, əsas etibarilə havanın təxminən oxşar ölçülü hissəsidi. Təbii ki, qırıq xətlər də sizə sözü gedən hissəni göstərir, çünki sözsüz ki, bu xəyali bir xətdi. Amma deyək ki, biz göy qab və bənövşəki qırıq xətlərin içində baş verənləri müqayisə edirik. İndi biz bilirik ki, bənövşəyi qırıq xətlər atmosferdəki havanın bir hissəsini əhatə edir. Həmin havada bir-birlərindən geri sıçrayan molekullar olacaq. Təxminən belə birşey olduğunu deyək. Həmçinin təsadüfi toqquşmalar da olur. Toqquşmaların baş vermə tezliyi artdıqca, havadakı təzyiq də çoxalır. Əslində, havada ölçülən təzyiq 760 mm civə sütunu ətrafındadır. Havadakı təzyiq barədə belə düşünürük. Deməli, bu atmosfer təzyiqidi. Əgər qabın içindəki təzyiqi ölçsəydim, təbii ki, o da eyni şey olardı, yəni 760 mm civə sütunu. Kiçik haşiyə çıxaraq bu molekulların nə olduğunu düşünsək, beş molekul varsa deyə bilərik ki, bu azotdu, bu da azotdu bu da azotdu, bu da azotdur, və bu bir dənəsi oksigen ola bilər. Çünki oksigen havanın 21%-ni təşkil edir. Beləliklə bu beş molekulun əksəriyyətinin azot olması doğru təxmin olardı. Deməli havada oksigen və azot var. Bunlar mənim qabımın içində də atmosferdəki kimi sıçrayırlar. Deyək ki, mən maraqlı bir eksperiment etmək qərarına gəlirəm. Qərara gəlirəm ki, qabın aşağı hissəsini nisbətən aşağı salım. Qabın aşağısını genişlədirəm. Bunun necə baş verəcəyi haqqında çox da narahat olmayın. Sadəcə təxmin edin ki, necəsə qabın döşəməsini aşağı salıram. İndi biraz aşağı görsənir, deməli, qabımın həcmi yüksəlib. Eyni zamanda bildirmək istəyirəm ki, hal-hazırda bu qapı və ya giriş də bağlıdır. Girişin üzərinə qapaq qoyuruq. Beləliklə giriş bağlı və döşəmə aşağıdır. Deməli, həcm yüksəlib. Böyük fərqdi, düzdü? Əslində bunu bura küncdə yazım. Burada bəzi molekulları silərək yer yaradacam. Birinci qeyd etmək istədiyim qabımda həcmin yüksəlməsidi. Bu küncdə yaşılla yazdıqlarım qabın perspektivindən olacaq. Əgər indi həcm böyüyübsə, qabdakı molekullar həyəcanlanıblar. Artıq onların ətrafda gəzərək bir-biri ilə rastlaşmaması üçün daha çox yer var. Artıq daha az rastlaşırlarsa, deməli qabın içərisindəki təzyiq də düşəcək, düzdür? Çünki, daha az toqquşma baş verir. Deyək ki, biraz düşərək 757 oldu. Yəni təzyiq çöldəkindən nisbətən azdır. Deməli, həcm çoxaldı, təzyiq azaldı. Bu, toqquşmalar azaldığı üçün baş verdi. Yeni təzyiq 757, müsbət ədəddir. Amma bəzən buna mənfi və ya vakuum təzyiqi deyilir. Belə deyilməsinin səbəbi 760-a nisbətən götürülməsidir, yəni 757 3 vahid daha azdır. Bu baxımdan da mənfidir. Yəni onları müqayisə etsəniz deyərsiz ki, 757 çıxılsın 760 mənfi 3-ə bərabərdir. Bu da mənfi ədəddir. Amma hal-hazırda mən bizdə olan rəqəmləri istifadə edəcəm, yəni 757. İndi deyək ki, mən qapını açıram. Giriş indi açıqdır. Əgər mən girişi açsam nə baş verəcək? Demək bizim burada əlavə yerimiz var, burada dairələmişəm, amma indi hələlik yer açmaq üçün siləcəm. Molekullar təbii ki, davamlı olaraq çarpışır. Deməli, toqquşmalar daim baş verir. Bəzi molekullar elə mükəmməl çarpışır ki, onlar qabın içinə hərəkət edirlər. Deyək ki, belə baş verir. Bəzi molekullar içəri daxil olur bəziləri isə, tezliklə yenidən çölə xaric olunur. Bu daimi olaraq baş verir. Amma ümumilikdə tam olaraq fərq nədir? Deyək ki, mən qabı qoyaraq gedib, bir dəqiqə öz işimlə məşğul olub qayıtdım. Bu zaman mən fərqinə varacam ki, qabın içində əlavə molekullar var, çünki yaratdığım əlavə həcmə görə daha çox yer və daha az sıxlıq var. Beləliklə, zaman keçdikcə qabın içində biraz daha çox moleklul olacaq. Şanslıyamsa molekullardan biri oksigendir. Deməli içəridə əlavə molekullarım var. Bu molekullar əslində, növbəti mərhələdə içəri girən hava molekullarıdı. Bunlar normal molekullar kimi, bir-birinə dəyərək geri sıçrayacaq. Beləcə sıçramağa başlayırlar. Birdən-birə deyək ki, burada da toqquşmalar baş verir, və bəlkə də burada da . Deməli, hal-hazırda içəridə 6 molekul və eyni həcm olduğu üçün, içəridəki təzyiq də artdı. Qabın daxilindəki təzyiq, molekullar çoxaldığı üçün yüksəldi. Beləcə başlanğıcda daha çox həcm olsa da biz qabı daha çox molekulla doldurduq. Təzyiq qalxaraq 760 mm civə sütunu olur. Yəni yenidən geri artır. Bu da mənim yeni təzyiqimdi. Bütün bunların hamısı sadəcə döşəməni hərəkət etdirdim deyə baş verdi. İndi döşəməni qaldırsam nə baş verəcək? Deyək ki, başladığımız ölçüyə qayıdıram. Bu aşağı xətdən qurtularaq döşəməni geri qaldırıram. Hal-hazırda təxminən belə görüntü yaranıb. İndi, həcm - bu təxminən baş verəcəklərin ilkin pilləsidi. Həcm aşağı düşdü. Bu təbiidi, çünki bunu məqsədyönlü elədim. İndi qabımın içində altı molekul var. Onlar ətrafda çaxnaşaraq rastlaşırlar. Amma bunun üçün daha az yerləri var. Beləcə, təzyiq daha çox toqquşma olduğu üçün, yüksəlir. Onlar getdikcə daha çox rastlaşırlar. Beləliklə, təzyiq yüksəlir. Deyək ki, təzyiq yüksələrək 763 mm civə sütunu olur. Çünki öncə 760 idi. Bu nöqtədə deyək ki, bu da bağlıdı. İçəridəki təzyiq də 763 mm civə sütünudu. Qoyun bunu silim. Bu ona görədir ki, daha çox molekul var, amma siz həcmi azaltmısız. Deməli, hazırda içərdəki təziq çöldəki təzyiqdən daha yüksəkdir. Çöldəki təzyiq həmişə 760 ətrafındadır. Bu ona görədir ki, atmosfer çox böyükdür, doğrudur? Molekulların bu və ya digər yöndə hərəkəti atmosferdə baş verən toqquşmaların sayını əslində dəyişməyəcək. Bu həmişə sabit qalmaqda davam edəcək. Əgər mən bu qapını açsam- təbii ki, molekullardan bəziləri ətrafda sıçramağa başlayacaqlar. Bəzi molekullar çölə də sıçraya bilər. Yəni bəzi molekullar çölə sıçrayır. Ümumi götürdükdə çölə sıçrayan molekullar, içəridə baş verən artan toqquşmalara görə içəri sıçrayan molekullardan daha çoxdur. Artan toqquşma dedikdə, daha yüksək təzyiq düşünün. Beləliklə içərdə daha yüksək təzyiq var, və daha çox toqquşma baş verirsə həmçinin daha çox geri sıçrama olacaq, və daha çox molekul xaric olunacaq. Növbəti mərhələdə hava molekullarıdır. Hava molekulları çölə çıxırlar. Son olaraq hava molekulları çölə çıxarkən deyək ki, təsadüfən bu oksigen molekulu da çölə göndərilir. Yəni təxminən xaric olunur. Deməli sizin - qoyun bunları silim- içəridə yenidən beş molekulunuz var. Həcm də ilkin başladığımız həcmə bərabərdir. Beləliklə içəridəki təzyiq ilkin başlanğıc təzyiqə geri qayıdır. Təzyiq 760-a enir. 760 deməyimin səbəbi üçüncü mərhələdə bu prosesin içəridə və çöldə toqquşmaların sayı bərabərləşənə qədər davam etməsidir. Beləcə proses təxminən bundan ibarətdi. Qeyd edim ki, təzyiq 763 olduqda buna bəzən eyni səbəblərdən müsbət təzyiq də deyirlər. Çünki biz 763-ü atmosfer təzyiqi, yəni 760 ilə müqayisə edirik, və bu üstəgəl 3 deməkdir. Bu da nisbətən müsbətdir. Yəni nisbi müqayisə zamanı "müsbət" və "mənfi" kimiz sözlər işlənir. Amma siz mütləq şərtlərdə ümumi sayı nəzərdə tutduq da 757 ya 763 işlətməlisiz. İndi bunların bizimlə nə əlaqəsi var? Şüşə qab və boşluğun insanla əlaqəsi nədi? Qoyun bunu sizə şəkli biraz dəyişdirərək göstərim və siz bunun bizimlə əlaqəsini anlayacaqsız. İndi molekulların qabın içində olduğunu biliriksə, onları saxlamaq yerinə, silə bilərəm. Bəlkə formanı da biraz dəyişərək sizə nə ola biləcəyini göstərə biləcəm. Deyək ki, belə edərək, bu şəkildə çəkməyə başlayıram. Görünüş baxımından təxminən eyni saxlamağa çalışacam. Bəlkə belə. İndi görə bilirsiz ki, qabın yerinə bir cüt ağciyər yaradıram. Beləliklə bu sağ və sol ağciyərlərdir. Bu sol, bu sağ olacaq. Təxminən belə bir görüntü alınır. Bu da ürək oyuğu ətrafında dönərək belə gedə bilər. Əlbəttə girişi də girəcək əvəzinə ağız adlandırsaydıq bu mənim ağzım olardı. Bu "giriş" sözünü silə bilərəm. Siz bədənimizdə bunun təxminən necə baş verdiyini görəcəksiz. Başımız bu girişi təmsil edir. Bu da burnumuz ola bilər. Bu baş sayıla bilər- düzdü biraz yastı çəkmişəm. Amma məncə fikri anladız. Bu burnunuz və bu da qulağınızdı. Beləcə hava ağzınızdan ağciyərlərinizə daxil olur və sonra da xaric olunur. Bu prosesi "nəfəs alma" adlandırırıq. Yəni həcmin artmağı "nəfəs alma" adlanır. Nə vaxtsa nəfəs aldıqda baş verələr sizə maraqlı olubsa, proses bundan ibarətdir. Hava molekullarının xaric olunmasını isə "nəfəs vermə" adlandırırıq. Əslində mən bunları eyni göstərməliyəm. Çünki hər ikisi vacibdir. Ona görə eyni şəkildə çəkəcəm. Nəfəs vemə. İndi nəfəs almanı və verməni anlayırsız. Hər nəfəs ilə bu proses baş verir. Siz azca olaraq həcmi dəyişirsiz və birdən-birə təzyiq dəyişir. Hava daxil və xaric olur.