Bizim idarə etdiyimiz əzələlər və bizi idarə edən əzələlər var Bu videoda iradi və qeyri-iradi əzələ idarəsindən danışacağıq Ardınca isə vegetativ və somatik sinir sistemindən bəhs edəcəm, bundan əlavə, bu sistemlərin bölmələrinə keçəcəyik. Təsəvvür edin ki, burada belə bir cənab var. Gəlin sinir sisteminin əzələnin iradi və əzələnin qeyri-iradi nəzarətinə cavabdeh olan hissəsi haqqında danışaq. Ağla gələn ilk sual nə üçün belə bir quruluş mövcuddur? Qeyri-iradi işləyən əzələlərə sahib olmaq niyə belə vacibdir? Orqanizmdə haqqında çox fikir vermədiyimiz orqanları fikirləşin. Ürəkdə ürək əzələsi var. Bağırsaqlarda hamar əzələ növü mövcuddur. Hamar əzələyə daralması lazım olan damarlarda da rast gəlinir. Hamar əzələ orda da mövcuddur. Biz qanın dəridən qarın boşluğuna, yaxud beyinə doğru getməsi barədə fikirləşmirik. Bunu bədənimiz edir və bu əzələ isə qeyri-iradi olaraq idarə olunur. Bəs bu vəziyyətin tərsi necədi? Bu 3 növ əzələdən hansının iradi nəzarət altında olduğunu düşünürsünüz? Cavabınız skelet əzələsi, zolaqlı skelet əzələsidirsə, tamamılə doğrudur. Bu, məzh belə də ayrılır. Sinir sistemimizin hansı hissələrini iradi və qeyri-iradi nəzarət üçün istifadə edirik? Bu tərəfdən başlayacam. Burda çəkdiyimiz bu insanın onurğa beyninə doğru uzanan beynidir. Bu ümumi sahə baş beyin qabığına aid edilir. Bu, əzələnin iradi nəzarət hissəsidir. Bundan əlavə, burada onurğa beyni yerləşir. Bu da əzələlərin iradi nəzarətinə kömək edir. Mən bunu bu cür yadda saxlayıram, əgər nəyisə mən idarə edirəmsə, əzələ funskiyasını da mən idarə edirəm, ardınca isə qabığı, onurğa beynini istifadə edəcəm. Yəni, əgər nəzarət edən mənəmsə, iradidirsə, bu ya beyin qabığı, ya da onurğa beyni olacaqdır. Bəs qeyri-iradi nəzarət haqqında danışsaq? Çəkdiyim bu hissə onurğa beyninin arxasında yerləşmiş beyin kökü adlanan orqandır. Beyin kökü arteriolalarda hamar əzələnin genişlənməsi, ya da ürək döyüntüsünün sürətlənməsi zamanı daha çox qanın dəridən qarın boşluğuna getməsini təmin edir. Beyin kökü onu haqqında danışacağımız parasimpatik və simpatik mexanizmlər vasitəsilə tənzimləyəcək. Beyin kökündən əlavə olaraq, qeyri-iradi əzələ nəzarətinə kömək edən quruluş da var, lakin onurğa beynində yox, onun düz yanındadır və zəncir kimi xətlənir. Bunları mərkəzi sinir sistemi zəncirinin xaricində hüceyrə cisimləri ilə neyron toxuması kimi çəkəcəm, Bu simaptik qanqlion adlanır. Bəs bu qanqlion nədir? Nəyinsə cəmi halı kimi səslənir. Yaxşı, gəlin, aydınlaşdıraq, qanqlion, ya da simpatik qanqlia tək termindir. Qanqlion beyin və onurğa beyninin xaricində yerləşən neyron somasıdır. Buraya beyin yazıram. Qanqlionların çoxu onurğa beyninin yanında yerləşir. Bu isə olduqca vacib məqamdır. Sinir sisteminin hansı hissələrinin qeyri-iradi əzələ nəzarəti üçün cavabdeh olduğunu xatırlamaq üçün digər üsul da var. Bunlar məndən asılı olmayaraq baş verir. Bu, nəzarətim xaricimdədir. Nəzarətim xaricindədirsə, qeyri-iradi əzələ yığılmasına təkan üçün beyin kökünü, ya da onurğa beyninin yanında yerləşən neyron toxumasını istifadə edirəm. Möhtəşəm İradi nəzarətə qarşı qeyri-iradi nəzarət.