İndi haqqında danışacağımız köməkçi həzm sistemi orqanı qaraciyərdir. Qaraciyər, burdakı piyli olan dostumuzdur. Həmçinin, qaraciyər bədənimizdəki ən havalı orqanlardan biridir. O yeganə orqandır ki, xəstədə sirroz və ya qaraciyər çatışmazlığı varsa, onun kiçik bir hissəsini transplantasiya edə bilərik. Bu xəstəni təmin edəcək qədər böyük orqana çevrilə bilir. Sizcə də çox maraqlı deyil? Beləliklə qaraciyəri daha yaxşı anlamaq üçün, onun funksiyalarından bəhs edəcəyik. Düşünməli olduğumuz ilk şey onun maddələr mübadiləsində məsuliyyət daşımasıdır, hansı ki, qida maddələrinin parçalanması, katabolizm və ya böyük molekulların birləşməsi, yəni anabolizmdən ibarətdir. Deməli, bunları qaraciyər həyata keçirir. Qaraciyərin yerinə yetirdiyi növbəti funksiya qida maddələrinin saxlanmasıdır. Onları parçalamır və ya yaratmırıqsa, onların qalması üçün yer lazımdır Bunun sayəsində onlar karbohidratları və əsasən də bədənimizdəki yağları ehtiyat halda saxlaya bilirlər. Bu üç yolla baş verir. İlk olaraq qlikogen kimi saxlana bilirlər. Qlikogen monosaxaridlər və ya sadə şəkərlərdən yaranan polisaxariddir. Karbohidrat və yağların saxlanılması, həmçinin, lipoproteinlər şəklində mümkündür. "Lipo" piy, "protein" zülal deməkdir. Son olaraq onları qida vasitəsilə qəbul etdiyimiz yağ forması olan triqliseridlər şəklində saxlaya bilərik. Beləliklə bunlar enerji üçün istifadə etdiyimiz əsas makromolekullardır. Qaraciyərdən həmçinin züllarlar da keçir, lakin onlar burada toplanaraq saxlanılmır. Əksinə onlar albuminlərə çevrilərək qana xaric edilir, harada ki, onlar qaraciyərə qayıdaraq parçalana və ya digər molekullara çevrilənədək, digər funksiyaları yerinə yetirirlər. Qaraciyərin yerinə yetidiyi digər funksiya detoksifikasiya, yəni zərərsizləşdirmədir. Terminin adından bu funksiyanın nədən ibarət olduğunu anlamaq mümkündür. Zərərli maddələr orqanizmə ziyan verməməsi üçün zərərsizləşdirlir. Bu sitoxrom P450 adlanan fermentlər sayəsində mümkün olur ki, onlar digər eşitdiyiniz fermentlərlə müqayisədə nisbətən fərqlidirlər, çünki heç bir substrat və ya molekulla birləşmirlər. Məsələn, fenilalanin hidroksilaza fermentinin funksiyasını xatırlayırsınızsa sırf hidroksil qrupunu fenilalaninə birləşdirməkdən ibarətdir, sitoxrom P450 isə birçox fərqli substratları götürərək onlarla reaksiyaya girə bilir. Bu, fermentlərin sadəcə bu qrupunda görülən unikal xüsusiyyətdir. Dərman qəbul etdikdə yaranan problemlər bununla bağlıdır. Əslində, bu zərərsizləşdirmə prosesi ilə dərmanların effektivliyi də azalır. Effektlivlik dedikdə dərmanın edə biləcəyi təsirin miqdarı nəzərdə tuturuq. Qaraciyər və bu fermentlər qəbul etdiyimiz dərmanları yad, yaxud zəhər kimi tanıdıqda onları bədənimizə təsir etməməsi üçün parçalamağa çalışırlar. Həkimlər buna əsasən zərərsizləşdiriləcək olan dərmanın miqdarını nəzərə alaraq xüsusi doza təyin etməlidirlər. Son olaraq, digər videoda daha ətraflı danışacağımız sonuncu funksiya ödün sintezidir. Nazik bağırsaq ilə bağlı müzakirəmizdən xatırlayırısınızsa, öd qidadakı yağların sorulması üçün vacidir. Beləliklə, artıq qaraciyərin əsas funksiyalarının anlayırıq, bəs bağırsaqlarımızda həzm olunub sorulan qida maddələri qaraciyərdə necə saxlanılır və zərərsizləşdirilir? Gəlin qaraciyərin qan təchizatına baxaq. Qaraciyəri xüsusi edən cəhətlərdən biri də onun iki ayrı qan təchizatının olmasıdır. Birincisi mədə-bağırsaq sistemindən gələn qapı venasıdır. Bu qapı venoz sistemi də adlanır və qaraciyəri qidalı maddələrlə zəngin qan ilə təchiz edir. Bu qidalı maddələr haradan gəlir? Bağırsaqlarda sorulan qida qan-damar sistemi ilə qaraciyərdə maddələr mübadiləsində iştirak etmək üçün qapı venasına gətirilir, bəs qaraciyər oksigeni necə alır? Bunun üçün qaraciyərin xüsusi arteriyası adlanan ayrıca mənbə vardır ki, adından da göründüyü kimi bu oksigen ilə zənginləşmiş qırmızı qan hüceyrələri daşıyan arterial qandır. Bunlar qaraciyəri qan ilə təmin edən iki müxtəlif mənbədir. Bəs qan qaraciyəri necə tərk edir? Qanı qaraciyərdən daşıyan əsas damarlardan biri qaraciyər venasıdır. Bu indi danışdığımız iki digər damar növünün tam əksidir. Yəni qida və oksigenlə zəngin deyil. Qaraciyər venası ilə daşınan qan oksigen ilə zənginləşməsi üçün ürəyə, dövr edib, qida ilə zənginləşməsi üçün bağırsaqlara axdıqdan sonra ya qapı venası, ya da xüsusi qaraciyər arteriyası ilə qaraciyərə qayıdır. Qaraciyərdə bir digər hasilat ayrıca digər videoda da danışacağımız öddür ki, o da qaraciyərdən ümumi öd axacağı vasitəsilə xaric olunur. Beləliklə ümumi öd axacağı ödü qaraciyərdən xaric edir.