[Səsləndirən] Qaraciyərin fəaliyyəti haqqında çox yaxşı fikir var. Qaraciyər payı haqqında danışarkən qaraciyərdə yaranmış və ümumi qaraciyər axacaqla axan öd, yəni qaraciyər payından danışmışdıq. Öd iki hissədən təşkil olunmuşdur. Onlardan biri öd piqmentləridir. Öd piqmentləri bir növ rəng funksiyasını yerinə yetirir, ödün funksiyası üçün o qədər də vacib deyildir. Digəri isə öd duzlarıdır. Bunlar ən vacib olanıdır. Bu, emulsiya prosesinə kömək edir, emulsiya terminini xatırlayaq, yağları absorbsiya etməyə kömək edir. Öd duzları yağları sormağa kömək edir. Yağları qalça bağırsaqda sorula bilən mitsellərə çevirməyə kömək edir. Geri qayıdaq və biliar sistemin işini daha yaxşı başa düşək. Qaraciyər ödü sintez etsə də, onu özündə saxlamır. Burda yaranmış öd maddəsi ümumi qaraciyər axarı adlanan keçidlə hərəkət edir. Ümumi qaraciyər axarı qaraciyərdən keçir. Öd maddəsi yarandıqdan sonra qaraciyəri tərk edir və saxlanılmalı olduğu yerə gedir. Bəs öd maddəsi harada saxlanılır? Öd maddəsinin getdiyi ilk yer düz buradakı axacaqdır. Bu axacaq öd axacağıdır. Bu, öd axacağıdır. Öd maddəsinin getdiyi növbəti orqan ümumi qaraciyər axarıdır. Öd axarı ödü bir anlıq kisəşəkilli orqanlarda saxlanmağa təşviq edir. Bu, öd kisəsidir. Öd kisəsinin yanlız bir funksiyası var. Öd kisəsi öd maddəsini saxlayır. Burada öd ifraz olunmağa hazır olana qədər saxlanılır. Öd öd kisəsinə daxil olur, burada qalır, lakin öd nəyə görə öd kisəsindən xaric olmağa məcbur olur? Belə ki, hormonlar ödün öd kisəsindən xaric olmağa səbəb olur, bu da xolesitokinin hormonu adlanır. Xolesitokinin. Bu terminin abbreviaturası CCK-dır. Bu termin bir az qəribə səslənə bilər. Xolesistektomi adlanan cərrahi proses haqqında eşitmisinizmi? Xolesistektomi, öd kisəsinin çıxarılması prosesidir. Belə ki, xolesistokinin hormonu öd kisəsini yığılmağa məcbur edir. Bildiyimiz kimi, öd kisəsi kisəyə bənzəyir, kisə formalı olduğuna görə yığılma zamanı öd kisəsi özündə olan ödü xaricə ifraz edir, öd maddəsi öd axacağı ilə axır və digər orqanlara keçid edir. Ödün getdiyi növbəti yer digər axacaqdır. Bu axar ümumi öd axacağı adlanır. Ümumi öd axacağı. Bu, biliar sistemin haqqında danışdığımız sonuncu hissəsidir. Biliar sistemin sonuncu hissəsi öd həzm kanalına çatana qədər onu yığır. Həzm kanalının öd ifraz olunan hissəsi onikibarmaq bağırsaq adlanır. Yaxud nazik bağırsağın ilk hissəsi onikibarmaq bağırsaqda öd yağları emulsiya etməyə, yaxud yağları absorbsiya etmə prosesini asanlaşdırmağa başlayır. İndi yağ onikibarmaq bağırsaqda sorulmur. Əslində, öd duzları qidadan alınaraq, emulsiya olunmuş yağlarla birlikdə bağırsaqlara doğru irəliləyir. Yadınıza salın, qalça bağırsaq nazik bağırsağın sonuncu hissəsidir. Öd duzları məhz buraya gəlir və yağlar məhz burada sorulur. Bura sorulma prosesin baş verdiyi yerdir. Öd duzları və yağlar bağırsaqda sorulur. Öd onikibarmaq bağırsaqda isə həzm yoluna axır. Deməli, öd həzm kanalına axır. Onikibarmaq bağırsaqda sorulan yağların hansı prosesdən keçdiyini dedik. Bəs onda öd duzlarına nə olur? Belə ki, öd duzları bağırsaqda sorulduqda sonra qaraciyərə doğru hərəkət edir, bu proses yenidən baş verir. Bu proses boyu ödün dayandığı orqanları yenidən nəzərdən keçirək. İlk növbədə, qaraciyərdə öd istehsal olunur. Sonra öd ümumi hepatik axara daxil olur, ardınca öd kisəsində saxlanmaq üçün öd axacağına daxil olur, bundan sonra xolesitokinin hormonu öd kisəsini yığmaq və ödü öd kisəsindən sıxıb çıxarmaq üçün siqnal göndərir, öd yenidən sistik axara daxil olur. Bu, ödün getdiyi 5ci yerdir. Öd axacağına yenidən daxil olan öd ümumi öd axacağına gedir. Ümumi öd axacağı biliar sistemin sonuncu hissəsi, möhtəviyyatı onikibarmaq bağırsağa ifraz edir. Nəhayət, öd həzm kanalına çatır. Bu zaman öd duzları yediyimiz yağları emulsiya edir. Öd duzları qaraciyərə qayıdıb, yenidən istifadə olunmazdan əvvəl qalça bağırsaqda yenidən sorulur. Beləliklə, qarciyərdəki öd duzları yenidən istifadə olunur. Deməli, biliar sistem bu cür fəaliyyət göstərir.